Bu gün saat 16.00-da "İnşaatçılar" metrostansiyasının yaxınlığında, keçmiş "Məhsul" statdionunda Mlli Şuranın seçkilərin nəticələrinə etiraz mitinqi keçirilir. Mitinqin keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Aksiya “Azad seçki”, “Hakimiyyətin mənbəyi xalqdır” və digər şüarlarla keçirilir. Artlq mitinq başlayıb.
***
Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli hakimiyyətin ünvanına kəskin ifadələr işlədib, 9 oktyabr seçkilərinin saxtakarlıqla müşayiət olunduğunu deyib.
Müsavat başqanı İsa Qəmbər seçkisinin qalibinin Cəmil Həsənli olduğunu vurğulayıb. İsa Qəmbər hakimiyyəti tənqid edib.