Modern.az

Android gəlir

Android gəlir

İqtisadiyyat

12 Oktyabr 2013, 13:03

Tarixdə ilk dəfə olaraq kinoteatrda tamaşaçılardan mobil telefonlarını söndürməyi yox, yandırmağı xahiş edəcəklər!

17 oktyabr 2013-cü il tarixində Azərbaycanda eksklüziv olaraq Park Cinema şəbəkəsində Android filmi start götürür. Film dünyada ilk interaktiv treylerdir.

Layihənin unikallığı haqqında: Android eyni zamanda iki ekranda göstərilir – kinoteatrın böyük ekranında və tamaşaçının smartfonunda. Smartfonda izlənilən hadisələr mobil əlavə sayəsində interaktiv reallıqda baş verir.

Bu əlavə tamaşaçını çərəyan edən hadisələrə daha da cəlb edir! Əlavə ilə tamaşaçı filmin qəhrəmanlarından daha çox bilir və görür. Böyük ekranda göstərilməyən epizodlar paralel olaraq mobil telefonda əks olunur. Bu isə tamaşaçının filmə olan marağını dəfələrlə artırır.

İnteraktiv baxış üçün xüsusi yaradılmış “APP – film əlavə” adlı pulsuz əlavəni  App Store yaxud Google play-dən smartfona yükləyib kinoseans zamanı sadəcə işə salmaq lazımdır.

iTunes üçün link: //itunes.apple.com/ru/app/app-prilozenie-k-fil-mu/id694590799?mt=8 

Google Play üçün link: //play.google.com/store/apps/details?id=com.service2media.appthemovie.ru







Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!