Modern.az

ATƏT-in baş katibi: “Qarabağ münaqişəsinin həlli üçün vahid qərar yoxdur”

ATƏT-in baş katibi: “Qarabağ münaqişəsinin həlli üçün vahid qərar yoxdur”

12 Oktyabr 2013, 14:36


“Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün vahid qərar yoxdur”. Modern.az bildirir ki, bu barədə ATƏT-in baş katibi Lamberto Zanne Avropa Şurasının telejurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, hər şey Azərbaycanla Ermənistan arasında  olan münaisbətlərin inkişafından asılıdır. “Biz inkişfa nail olmaq üçün düzgün rakursun tapılmasına çalışırıq”-deyə o vurğulayıb.

ATƏT ölkələri ərazilərindəki münaqişələrin həlli barədə danışan Zannenin sözlərinə görə, təşkilat bunun üçün mexanizmlər yaradıb: “Bizdə qərarlar var. Amma tərəflər bunu qəbul edib-etməməkdə müstəqildirlər”-deyən baş katib vurğulayıb ki, ATƏT münaqişənin yalnız həll yolunu təklif edə bilər.

“Təşkilatın rolu vasitəçilikdən ibarətdir. Tərəflər bu təklifləri qəbul edib etməməkdə azaddırlar”-deyə ATƏT-in baş katibi bildirib.

X.SƏFƏROĞLU  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat