Modern.az

Həsən Ruhani İsrail əleyhinə ənənəvi konfransı ləğv etdi

Həsən Ruhani İsrail əleyhinə ənənəvi konfransı ləğv etdi

12 Oktyabr 2013, 15:37

Modern.az Associated Press agentliyinə istinadən xəbər verir ki, İran preidenti Həsən Ruhaninin administrasiyası oktyarbın 11-də 2005-ci ildən ənənvi olaraq Tehranda keçirilən anti-İsrail konfransının ləğv olunduğunu açıqlayıb. İran rəhbəliyi konfransın yeni hakimiyyətin “xarici dünya ilə normal münasibətlər” siyasətinə uyğun gəlmədiyi üçün ləğv edildiyini bildirib.

İran mühafizəkarları isə Ruhaninin bu qərarını “faciə” və “böyük səhv” adlandırıblar. “Yeni Üfüqlər” adlanan konfransın təşkilatçıları isə ən böyük antisionist tədbirin ləğvinin anti-İsrail hərəkatına böyük zərbə vuracağını bildiriblər. 2013-cü ildə keçiriləcək tədbirdə 63 xarici və 50 iranlı nümayəndənin iştirakı gözlənilirdi. Hər il sentyabrın sonu, oktyabıən əvvəllərində keçirilən “Yeni Üfüqlər” konfransında Sionizmə, İsrailə və İsrailin həyata keçirdiyi siyasətə nifrət edən şəxslər toplanırıdı. Konfransın əsas ideya müəllifi isə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad idi.  

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?