Modern.az

“Rusiya İrəvanı Dağlıq Qarabağı tanıyacağı ilə hədələyib” - AÇIQLAMA

“Rusiya İrəvanı Dağlıq Qarabağı tanıyacağı ilə hədələyib” - AÇIQLAMA

12 Oktyabr 2013, 15:44

“Rusiya Ermənistanı zorla Avrasiya İttifaqına üzv olmağa məcbur edib”. Modern.az xəbər verir ki, bu açıqlamanı “Geogiya Today” agetliyinə ABŞ Dövlət Departamentinin Xarici Məsələlər üzrə keçmiş baş məsləhətçisi və eksperti Devid Fillips verib.
“Moskva Ermənistan prezidenti Serj Sərkisyanı Avropaya inteqrasiya ilə bağlı səylərinə görə hədələdi. Ya da ola bilsin ki, Moskva daha böyük mükafat – Dağlıq Qarabağın tanınmasını vəd edib. Lakin Rusiya tərəfindən hədələnmə ehtimalı mükafat vədindən daha inandırıcı görünür”-deyə amerikalı ekspert qeyd edib.

Devid Fillips bununla onu demək istəyir ki, Avrasiya İttifaqına üzv olmaq istəməsə, Moskva Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat