Modern.az

Husilər ABŞ gəmisinə zərbələr endirdi

Husilər ABŞ gəmisinə zərbələr endirdi

Dünya

6 Mart 2024, 23:15

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Ədən körfəzində ABŞ-ın “True Confidence” gəmisinə hücum etdiklərini təsdiqləyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

 

Onun sözlərinə görə, hücumda bir neçə gəmi əleyhinə raketdən istifadə edilib. “Zərbələr dəqiq olub və nəticədə gəmidə yanğın başlayıb”, - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı