Modern.az

Silahlılar 100-dən çox qadını qaçırdılar

Silahlılar 100-dən çox qadını qaçırdılar

Dünya

6 Mart 2024, 23:52

Nigeriyanın şimal-şərqində “Boko Haram” silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Məlumata görə, terrorçular 117 qadını əsir götürüblər.

 

Bir gün əvvəl “France-Presse” agentliyi 47 qadının oğurlandığını bildirmişdi.

 

Qeyd edilib ki, köçkün düşərgəsindən olan bir qrup qadın Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıb. Bəziləri qaça bilsə də, digərləri silahlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb.

 

Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.

 

Xatırladaq ki, Nigeriyada ən böyük adam oğurluğu 2014-cü ildə baş verib. Həmin il silahlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qızı oğurlayıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat