Modern.az

Tramp Baydeni debata ÇAĞIRIB

Tramp Baydeni debata ÇAĞIRIB

7 Mart 2024, 07:52

ABŞ-da Nikki Heyli prezidentlik yarışından çəkildikdən sonra Donald Tramp Co Baydeni debata çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

"Co Bayden və mənim Birləşmiş Ştatlar və onun vətəndaşları üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyimiz ölkəmizin rifahı üçün vacibdir. Ona görə də mən hər yerdə, istənilən vaxt müzakirələrə çağırıram!" - Tramp deyib.

 

Tramp seçki kampaniyası zamanı siyasi rəqibləri ilə 5 debatı qaçırıb və onları Baydenlə keçirmək istəyi rəqib Nikki Heyli seçki yarışını tərk etdikdən sonra ortaya çıxıb. Super çərşənbə axşamı günü Heyli yalnız Vermontda praymerizdə qalib gəlib. Bayden və Trump isə 10-dan çox ştatda qalib gəliblər.

 

Qeyd edək ki, ABŞ-da seçkilər bu ilin noyabrında baş tutacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat