Modern.az

Maşinistlər və aeroport işçiləri tətilə başlayıb - Almaniyada

Maşinistlər və aeroport işçiləri tətilə başlayıb - Almaniyada

7 Mart 2024, 10:46

Almaniyada sərnişin qatarının maşinistləri və hava limanının işçiləri tətilə başlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

Sürücülərin növbəti tətili martın 8-i saat 13:00-a qədər davam edəcək və Almaniyada şəhərlərarası və regional dəmir yolu nəqliyyatının əksəriyyətinə təsir edəcək. Bütün qatarların yalnız beşdə biri iki gün ərzində hərəkət edəcək.

 

Yük daşımalarında oxşar tətil çərşənbə axşamı başlayıb və cümə günü səhərə qədər davam edəcək. Tətilin təşkilatçısı olan GDL həmkarlar ittifaqının rəhbəri gələcəkdə "Deutsche Bahn"ın fövqəladə vəziyyət cədvəli verməyə vaxt tapmaması üçün əvvəlcədən tədbirlər barədə xəbərdarlıq etməməklə hədələyib.

 

Bundan əlavə, 7 və 8 mart tarixlərində "Lufthansa" quru heyəti tərəfindən təxminən 200 000 sərnişinə təsir edəcək xəbərdarlıq tətili olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat