Modern.az

İsmayıllının keçmiş icra başçısına MTN-də vəzifə verildi

İsmayıllının keçmiş icra başçısına MTN-də vəzifə verildi

13 Oktyabr 2013, 11:53

İsmayılının keçmiş icra başçısı Nizami Ələkbərovla bağlı “Azadlıq” qəzetinə maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Nizami Ələkbərov bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyində (MTN) şöbə müdiri vəzifəsinə təyin edilib.

Məlumat üçün deyək ki, Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.

Onun atası Həsən Ələkbərov da uzun müddət MTN-də çalışıb. Görünür, Nizami Ələkbərovun bu quruma transfer olunmasında bu amil də rol oynayıb.

Xatırladaq ki, Nizami Ələkbərov yanvarın 23-də Ismayıllıda baş verən məlum olaylardan bir qədər sonra tutduğu vəzifədən azad edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat