Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 14-də əsasən yağmursuz, lakin 13-dən 14-nə keçən gecədən başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 4-9, gündüz 16-21 isti olacağı gözlənilir.
Modern.az