Modern.az

Cəmil Həsənli Avropaya getdi

Cəmil Həsənli Avropaya getdi

13 Oktyabr 2013, 17:51


Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentliyə namizədi Cəmil Həsənli oktyabrın 13-də Avropaya yola düşüb. O, Brüsseldə və Strasburqda Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanda mövcud ictimai- siyasi durum, Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa ilə Azərbaycan arasında əməkdaşlıq, 9 oktyabr prezident seçkilərinin yekunları və seçkinin nəticələri ilə bağlı məsələlər müzakirə ediləcək. Bu ilin noyabr ayında isə Cəmil Həsənli ABŞ-a səfər edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat