Modern.az

Rəsul Quliyev Əli Kərimliyə verilən qərargahdan danışdı

Rəsul Quliyev Əli Kərimliyə verilən qərargahdan danışdı

Təhsil

14 Oktyabr 2013, 10:27

Eks-spiker Rəsul Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahının onlardan geri alınaraq, AXCP-yə verilməsinə münasibət bildirib. Modern.az saytına açıqlamasında R.Quliyev bu qərarın ofis sahibi tərəfindən verildiyini qeyd edib:

“Bu barədə fikir söyləmək həm çətindir, həm də asan. Qərarı binanın sahibi qəbul edib. Ola bilər ki, müəyyən maliyyə üstünlüyünə görə o, bu qərarı qəbul edib. Yəni bu məsələdə hər hansı bir çoxgedişli siyasətin olmağını düşünmürəm”-deyə eks-spiker məsələnin mahiyyətini açıqlamaqdan çəkinib.

Qeyd edək ki, AXCP-nin icarəyə götürdüyü ofis iş adamı Azər Əsgərova məxsusdur. R.Quliyevin lideri olduğu ACP bu ilin avqust ayında həmin ofisdən çıxarılıb. Qərargah bir neçə gün öncə AXCP-yə verilib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?