İndoneziya və Filippin sahilləri yaxınlığında 6 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların mərkəzi Filippinin Mindanar adasında yerləşən 105 min əhalisi olan Mati şəhərindən 146 km cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 125 km dərinlikdə olub.
Sunami təhlükəsi elan edilməyib.