Modern.az

Əfv sərəncamının olub-olmayacağı məsələsi qaranlıqdır

Əfv sərəncamının olub-olmayacağı məsələsi qaranlıqdır

Təhsil

14 Oktyabr 2013, 11:46

Bir sıra məhkumların azadlığa buraxılması üçün ölkə başçısına müraciət edən hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki, Qurban bayramı öncəsi əfv sərəncamının olub-olmayacağı hələ bəlli deyil.

“Biz bilirik ki, Əfv Komissiyasında iş gedib, siyahılara baxılıb. Sadəcə seçkilərlə bağlı məsələlər prioritet olduğundan biz bilmirik ki, Qurban bayramı öncəsi əfv imzalanacaq, yoxsa yox. Biz arzu edirdik ki, bu bayram öncəsi əfv olsun və bununla bağlı məktublar yazırdıq. Hələ ki bu məsələ qaranlıqdır”.

Qeyd edək ki, 9 oktyabrda ölkədə keçirilən prezident seçkilərində İlham Əliyev növbəti 5 il müddətinə prezident seçilib. Səsvermədən sonra 14 gün ərzində Konstitutusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqləyir. Bundan sonrakı 3 gün ərzində isə prezident and içir və and içdiyi gündən vəzifəsinin icrasına başlayır. Bəzi məlumatlara görə, ölkə başçısı əfv sərəncamını indi deyil, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində imzalaya bilər.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?