Modern.az

Gülağa Aslanlını məhkəməyə aparırlar

Gülağa Aslanlını məhkəməyə aparırlar

Təhsil

14 Oktyabr 2013, 12:17


Müxalif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı oktyabrın 14-də Binəqədi polisinin 7-ci bölməsinə çağırılıb. Hazırda o, Binəqədi Rayon Məhkəməsinə aparılır. Bunu “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev deyib.

Vəkil bildirib: “Kimliyi bizə hələ bəlli olmayan bir şəxsin şikayəti əsasında Gülağa Aslanlı xuliqanlıq etməkdə təqsirləndirilir. Yoldayıq, məhkəməyə gedirik”.

Gülağa Aslanlını oktyabrın 13-də səhər mülki geyimli şəxslər saxlayaraq Binəqədi polisinin 7-ci bölməsinə aparıblar. Günorta o, sərbəst buraxılıb.

Həmin gün mediaya açıqlamasında Gülağa Aslanlı deyib ki, polisdə ona saxlanmasının ağlabatan izahını verməyiblər. Gülağa Aslanlı saxlanmasını MSK və polisin birgə qurduğu əməliyyat adlandırıb və bildirib ki, burada məqsəd ona 9 oktyabr prezident seçkisindəki saxtakarlıqlarla bağlı aktların əsillərini MSK-ya çatdırmağa imkan verməmək olub. Gülağa Aslanlının saxlandığı saatlarda MSK Cəmil Həsənlinin müraciətinə baxıb və aktların əslinin olmadığını əsas götürərək şikayəti rədd edib

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?