Modern.az

Arif Əsgərovun sökəcəyi 881 evin harda yerləşdiyi açıqlanıb

Arif Əsgərovun sökəcəyi 881 evin harda yerləşdiyi açıqlanıb

Təhsil

14 Oktyabr 2013, 13:46

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki “Şanxay” adlanan ərazidə, Qaradağ rayonunda və Abşeron rayonunda dəmir yolunun mühafizə zolağında tikilmiş evlər söküləcək. Ümumiyyətlə, dəmir yolunun mühafizə zolağında yerləşən evlərin hamısı söküləcək. Həmin evlərin sökülməsi üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nazirlər Kabinetindən cavab gözləyir.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları“ QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. O, bildirib ki, dəmir yolu xətlərinin kənarında tikilən xeyli sayda ev var ki, həmin evlər Nazirlər Kabinetinin qərarı ilə sökülməlidir. 

“Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. Biz respublikanın ərazisində dəmiryolunun sahil zolağında qeyri-qanuni tikililər aşkarlamışıq.
2840 tikilinin qanunsuz tikildiyi məlum olub. Onlardan 538-i qeyri-qaşayış, 2302-si isə yaşayış tipli tikililər olub. Bu tikililərdə yaşayan insanların sənədlərini hazırladıq və göndərdik Nəqliyyat Nazirliyinə. Nazirlikdə ikinci bir komitə yaradıldı və onlar  bu sənədlərə baxaraq bildirdilər ki, 881 qeyri-qanuni yaşayış təxirəsalınmadan sökülsün. Sənədlər Nazirlər kabinetinə göndərilib. İndi onların cavabını gözləyirik”.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?