Modern.az

Türkdilli ölkələrin parlament jurnalistləri Bakıya dəvət olunub

Türkdilli ölkələrin parlament jurnalistləri Bakıya dəvət olunub

Parlament

31 Avqust 2009, 12:24

Sentyabrın sonlarında Bakıda keçiriləcək Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında bu ölkələrin parlament jurnalistləri də iştirak edəcəklər. Bu barədə Modern.az saytına Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komitəsinin sədri, Azərbaycan Türkiyə Parlamentlərarası Əlaqələr Komitəsinin rəhbəri Nizami Cəfərov məlumat verib. Onun sözlərinə görə, bu məsələ ilə baglı artıq rəsmi şəkildə Türkdilli Ölkələrin Parlamentlərinə müraciət olunub: “Nəzərdə tutulub ki, assambleyanın iclasında Türkdilli Ölkələrin Parlament Jurnalistlər Birliyinin yaradılması məsələsi müzakirə olunsun.  Çox güman ki, bu iclasda həmin qurum yaradılacaq. Hesab edirəm ki, bu, çox vacib məsələdir. Azərbaycan Parlament Jurnalistlər Birliyi bu istiqamətdə geniş iş aparır və bu, bizi çox sevindirir. Hər halda birliyin bütövükdə türk dünyası üçün böyük töhfv verəcəyi fikrindəyik”.    

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi