Modern.az

Ukrayna ağ bayraq qaldırmayacaq - Kuleba

Ukrayna ağ bayraq qaldırmayacaq - Kuleba

Dünya

10 Mart 2024, 21:33

Ukraynanın öz bayrağı var və başqa bayraq qaldırmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

 

“Ağ bayraqla bağlı biz Vatikanın 20-ci əsrin birinci yarısından strategiyasını bilirik. Mən sizi keçmişin səhvlərini təkrarlamamağa, Ukraynanı və xalqını həyatları uğrunda ədalətli mübarizəsində dəstəkləməyə çağırıram. Bayrağımız sarı və mavidir”, - Kuleba "X" hesabında yazıb.

 

Qeyd edək ki, Roma Papası Fransisk deyib ki, Ukrayna “ağ bayraq qaldırmağa cəsarət göstərməli” və Rusiya ilə danışıqlara başlamalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı