Modern.az

Gülağa Aslanlını söyənə 10 sutka verildi, müsavatçıya isə xəbərdarlıq olundu - YENİLƏNİB

Gülağa Aslanlını söyənə 10 sutka verildi, müsavatçıya isə xəbərdarlıq olundu - YENİLƏNİB

Təhsil

14 Oktyabr 2013, 15:56

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi və Müsavat başqanının müavini Gülaga Aslanlı ilə bağlı məhkəmə prosesinin birinci hissəsi yekunlaşıb. 
 
“Qafqazinfo” xəbər verir ki, şikayətçi Ələkbərov İbrahim Azər oğlu iddiasında bildirib ki, G. Aslanlı onu, o da G.Aslanlını söyüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə G.Aslanlını söyən şəxsə 10 sutka həbs cəzası kəsilib. 
 
Bir azdan G. Aslanlının cəzalandırılması ilə bağlı məhkəmə iclası başlayacaq.

***

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının məhkəmə prosesinin ikinci hissəsi də başa çatıb. Bu gün Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İbrahim Ələkbərov adlı şəxsin Gülağa Aslanlıdan etdiyi şikayətə baxılıb. 

“Media forum” saytının məlumatına görə, hakim Taleh Kərimovun sədrliyi ilə keçən prosesdə Gülağa Aslanlıya xəbərdarlıq edilib.

İbrahim Ələkbərov polisə izahatında yazıb ki, Gülağa Aslanlı oktyabrın 13-də zibil yeşiyinə zibil atarkən onun üstünə çirkli su sıçrayıb, mübahisə düşüb, o, Gülağa Aslanlını, Gülağa Aslanlı da onu söyüb. Binəqədi Rayon Məhkəməsi bu gün Ələkbər İbrahimova 10 sutka inzibati həbs cəzası verib.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?