Abituriyentləri ali məktəbə qanunsuz qəbul etdirməkdə təqsirləndirilərək, həbs olunmuş Xaçmaz rayon sakini Xanlar Nəsirovun kassasiya şikayətinə baxılıb. Modern.az-ın məlumatına görə, şikayət təmin edilməyib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Nəsirov 11 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Xanlar Nəsirov Qusar rayon sakini Rubət Xanəhmədovdan 25.000 manat pul alıb. X.Nəsirov vətəndaşın etimadını qazanaraq qızını ali məktəbə qəbul etdirəcəyi adı ilə onu aldadıb. İstintaq araşdırması zamanı müəyyən edilib ki, X.Nəsirov ümumilikdə 10-dan çox vətəndaşı aldadıb. Belə ki, Xanlar Nəsirov qanunsuz olaraq abituriyentləri Dağıstan Dövlət Universitetinə qəbul etdirib və daha sonra Azərbaycan Beynəlxalq Universitetinə qəbul etdirmək adı ilə aldadıb. Hətta cinayət işinə adı keçən vətəndaşlar bir neçə il Azərbaycan Beynəlxalq Universitetinə tələbə adı ilə gedib-gəliblər. İstintaq həmçinin müəyyən edib ki, X.Nəsirov bu prosesləri Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva və onun qaynı Mübariz İbadovla cinayət əlaqəsinə girərək törədiblər. Bundan əvvəl X.Nəsirovun şikayətinə Bakı Apellyasiya müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.