Modern.az

Əfv sərəncamı icra olunub, Fərhad Əliyev artıq evindədir

Əfv sərəncamı icra olunub, Fərhad Əliyev artıq evindədir

15 Oktyabr 2013, 11:11

Modern.az xəbər verir ki, ölkə başçısının əfv sərəncamına uyğun olaraq oktyabrın 15-dən adları siyahıya düşən məhkumların azadlığa buraxılması həyata keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisindən əfv olunan məhkumlar arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də var.

6 saylı cəzaçəkmə müəssisindən əfv olunan məhkumlar arasında is' Fərhad Əliyevin qardaşı, “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev də olub.

Trend-in məlumatına görə, Fərhad Əliyev jurnalistlərə bildirib ki, bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, prezidentə sadiq qalacaq: "Cənab prezidentə əfvlə bağlı müraciət etməyimdə təəccüblü heç nə yoxdur. Mənim həmişə bir sadiq amalım, düşüncəm olub. Ona görə də həbs olunmamışdan əvvəl də, həbs olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm. Burada nəyə görə söz-söhbət yarandığını deyə bilmərəm. Bunun cavabını söz-söhbəti yaradanlar axtarıb tapmalıdırlar. Həqiqət ondan ibarətdir ki, mən həmişə öz sağlam əqidəmə sadiqəm, əvvəl də sadiq olmuşam, həbs olanda da sadiq idim, bundan sonra da sadiq olacağam".

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, əfv sərəncamının icrası artıq bu gün 14:00-a qədər başa çatıb.  Məhkum olunmuş 134 nəfər azadlığa buraxılıb.

Xatırladaq ki, dünən verilən əfv sərəncamı 153 məhkuma şamil olunub. Onlardan 134 nəfəri azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 2 nəfər şərti məhkumluqdan, 1 nəfər islah işləri cəzasından, 16 nəfər isə cərimə cəzasından azad edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat