Modern.az

Vardanyanın daha bir biznesi satıldı

Vardanyanın daha bir biznesi satıldı

Dünya

12 Mart 2024, 15:36

Bakıda həbsdə olan erməni separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyanın ailəsinə məxsus restiran satılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazıb.

Bildirilir ki, İrəvanda yerləşən "Cactus" restoranı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendə məxsus olub. 

Restoranını iş adamı Narek Nalbandyan alıb. O, restoranın yerində supermarket açmağı planlaşdırır.

Zonabend 2022-ci ildə Ermənistandakı ilk layihəsinin “Cactus” olduğunu söyləyib. Restoran əsasən Meksika mətbəxindən yeməkləri ilə məşhurlaşmışdı.

Xatırladaq ki, bir müddət əvvəl “Bank of Georgia”nın sahibi olan “Bank of Georgia Group PLC” Ermənistanın ən böyük banklarından biri olan və Vardanyanın da paya sahib olduğu “Ameriabank”ın 100%-lik səhmlərini aldığını elan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat