"Avropa Komissiyası hələ ki, Ukrayna ilə Aİ-yə daxil olmaq üçün danışıqlara başlamağı tövsiyə etmir".
Modern.az xəbər verir ki, bunu adı açıqlanmayan avropalı diplomat TASS-a bildirib.
"Çünki şərtlər Kiyev tərəfindən yerinə yetirilməmiş qalır. Müvafiq sənəd yaxın vaxtlarda ictimaiyyətə açıqlanmalıdır", - diplomat əlavə edib.