Modern.az

Putin Türkiyəyə bu tarixdə gedəcək - Ərdoğan AÇIQLADI

Putin Türkiyəyə bu tarixdə gedəcək - Ərdoğan AÇIQLADI

Dünya

12 Mart 2024, 21:46

 

Rusiya Prezidenti Vladimir Putin martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

O, seçkilərdən sonra Putinin səfərini gözlədiyini bildirib.

 

Türkiyə Prezidenti deyib ki, Ukrayna üçün Rusiyanın nəzərə alınmadığı sülh planları nəticə verməyəcək.

 

Qeyd edək ki, Putinin ötən ay Türkiyəyə səfər edəcəyi açıqlansa da, sonradan səfər təxirə salınıb.

 

Səfərin təxirə salınma səbəbi açıqlanmayıb.

 

Rusiya KİV-ləri səfər üçün başqa tarixlərin də nəzərdən keçirildiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat