Bu gün müsəlman dünyası müqqədəs Qurban bayramını qeyd edir.
Modern.az xəbər verir ki, bu münasibətlə Maştağada da böyük tədbir keçirilib. Minlərlə ailələrə qurban əti verilib.
Sabunçu rayonunun deputatı Eldar Quliyevin təşkil etdiyi Qurban Bayramı tədbirində ictimaiyyət adamları, rayonun ağsaqqalları, din xadimləri iştirak edib.
Tədbir başlamazdan öncə Modern.az saytına açıqlama verən deputat müsəlman dünyasının müqəddəs bayramlarının hələ SSR-nin qılınc oynatdığı zamanda da daim qeyd edildiyini vurğulayıb.
Maştağa, Nardaran, Zabrat və s. Bakı kəndlərinin sakinlərinin inanc sahibləri olduğunu qeyd edən E.Quliyev bildirib ki, sovet zamanı bu kəndlərdə yalnız Qurban bayramı deyil, digər müsəlman bayramları da qeyd edilib: “Bununla demək istəyirəm ki, bizim insanlar hər zaman adət-ənənələri, dinimizi qoruyub saxlayıblar. Hətta Novruz bayramını da qeyd edirdik.
Hansı ki, 1963-1964-cü illərə kimi bu bayramın Azərbaycanda qeyd olunması yasaq idi. Şixəli Qurbanovun təşəbbüsü ilə bu bayram qeyd olunmağa başladı. Ancaq dediyim kimi bizim kəndlərdə bu yasaq məsələsinə baxmayaraq insanlar öz milli xüsusiyyətlərini qorudular. Yadımdadır, Qurban bayramı da keçirilirdi. Qurbanlıq qoyunlar kəsilirdi və ən aşağısı yeddi evə qurban payı verilirdi. Qurban bayramı müsəlman aləmində ən böyük bayramlardan biridir. Bu bayram zamanı müsəlmanlar Həcc ziyarətinə gedərdilər”.
E.Quliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bir çox sahələrdə azadlıq qazandığımız kimi bayramlarında qeyd olunmasında tam azadlıq əldə edilib: “Parlamentdə bununla bağlı qanun qəbul elədikdən sonra bu bayramlar daha geniş şəkildə qeyd olunmağa başladı. Qurban bayramı müsəlman aləminin ən gözəl bayramlarından biri sayılır.
Bizim bölgədə dini bayramlar yüksək səviyyədə təşkil olunur. İnsanlara bayram sovqatı verilir.
Bu il keçən ilə nisbətən qurbanlıq paylarının sayını artırmışıq. Ölkəmizdə prezidentimizin apardığı uğurlu siyasət nəticəsindəyoxsulluğunh səviyyəsi getdikcə aşağı düşür. Bu on il ərzində bir çox sahələrdə böyük işlər görülüb. Əhalinin gəlirləri artıb. Bu gün yoxsulluğun göstəricisi 5%-ə qədər enib. Müqayisə edəndə Amerika kimi nəhəng dövlətlə yoxsulluğun səviyyəsi bizdə daha aşağıdır.
Amma bununla yanaşı az təminatlı ailələrimiz var ki, onlar üçün də biz müəyyən şeyləri düşünmüşük. Biz bu il Qurban payı üçün 4 ton ət nəzərdə tutmuşuq ki, bu da qoyun və mal ətidir.
Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Bizim nəsil indiyə qədər imkanı daxilində insanlara əl tutub, kömək edib. Bu bayram payı da həmin ənənənin davamı kimi qiymətləndirilməlidir. Bayram payının alınmasında qardaşlarımın xüsusi əziyyəti var. Onlar iş adamlarıdırlar və belə tədbirlərdə mənə dəstək dururlar.
Maştağa qəsəbəsində Qurban bayramı münasibətilə ət veriləcək. Çünki buranın əhalisi 79 mindən çoxdur. Bəzi insanlar var ki, bura yeni köçüblər heç qeydiyyatları da yoxdur, amma biz onları da nəzərə almışıq. Çünki onlar bizim sakinlərdir. Biz onları da yaddan çıxarmamışıq. Siyahı təşkil olunub və onlarda qurban payı veriləcək. Qəsəbənin Mədəniyət Sarayında insanlara görüşüb qurban əti paylanılacaq. Nardaran, Zabrat və Bilgəh kəndlərinin camaatına da qurban payı paylanılacaq. Aztəminatlı ailələri hər zaman sevindrimək lazımdı. Mən hər il imkan daxilində bu ailəri sevindirmək istəyirəm. Ehtiyacı və əziyyəti olan insanlara da qurban payı verilir”.
Söhbət zamanı deputat oktyabrın 9-da keçirilən Prezident seçkilərinə də toxunub: “Prezidentimizin xalqına diqqət və qayğısı göz önündədir. Mən seçkilərdə bizim kəndlərin insanlarının Prezidentə yekdilliklə səs verdiyinin şahidi oldum. Beynəlxalq təşkilatlardan müşahidəçilər var idi. Onlar seçkilərin tam şəffaf və demokratik keçdiyinin şahidi oldular. Seçki zamanı seçicilərin 75 faizə qədəri bu prosesdə iştirak etdilər. Seçicilərin 87 faizə qədəri İlham Əliyevə səs verdilər. Bununla bizim dairədə həm seçici fəallığının yüksək olduğunu, həm də onların böyük əksəriyyətinin prezidentə səs verdiklərini görmək olar. Prezident seçkilərinə mənfi qiymət vermək istəyənlər buyursunlar, qeyri-qanuni bir məntəqə adı çəksinlər”.
Maştağa sakini Hacı Adil Mərkidaroğlu Qurban bayramı münasibətilə xalqımızı təbrik edərək, hər il belə bir təşəbbüsü gerçəkləşdirdiklərinə görə ölkə prezidentinə və deputat Eldar Quliyevə öz minnətdarlığını bildirdi: “Mən də bir Məştağa sakini kimi cənab prezidenti bu müqəddəs bayram münasibətilə təbrik edirəm. Bu gün deputatımız da bizlərlə birgə bu müqəddəs bayramımızı qeyd edir. Şəxsən özü sakinlərə yaxından maraqlanır və onlara qurbanlıq ətlərin verilməsində nəzarət edir”.
Digər Maştağa sakini isə bildirib ki, onlar hər il bayramlarda deputatları tərəfindən belə diqqət görürlər: “Maştağada sakinlərə bütün bayramlarda bayram tədarükləri görülür. Biz prezidentimizi yenidən seçilməsi münasibətilə təbrik edirik. Bizə hər il belə diqqət ayırırlar. Bayramlarda bizlərə qurban payı paylanır. Deputatımız da şəxsən özü bizlərin yanında olur. İstər Maştağa, istərsə də digər kəndərimiz olsun biz Prezidentimizlə, deputatımızla fəxr edirik. Deputatmız hər zaman bizim problemlərimzlə maraqlanır və aztəminatlı ailələrə yardımlar edir. Müraciətlərimiz tezliklə həllini tapır. Hər bazar günü bizləri qəbul edir, əllillərə, yoxsullara əlindən gələn köməyi göstərir”.
Maştağa sakini Ağanəcəf kişi isə deyib ki, bir neçə gün qabaq keçirilən seçkilərdə onlar Məştağa sakinləri olaraq, sülhə, əmin amanlığa dinc yaşamaq naminə gələcəyə səs veriblər: “Bu gün ikinci bir sevinci yaşayırıq. Biz ən əziz qurban bayramını qeyd edirik. Deputatımızın iştirakı ilə əhaliyə bayram payı paylanır və bu onlara ikiqat sevinc bəxş etdi. Çünki imkansız ailələr müqəddəs bayramımızda yaddan çıxmır, bu əziz gündə hamının evində qazanlar asılır”.
Sonra Eldar Quliyevin iştirakı ilə Maştağalılara Qurban payı paylandı.
Ətraf kəndlərə də Qurban əti göndərildi.