Modern.az

Cəmil Həsənli Azərbaycana qayıdacağını deyir: “Siyavuş Novruzovun danışdığı böhtandır”

Cəmil Həsənli Azərbaycana qayıdacağını deyir: “Siyavuş Novruzovun danışdığı böhtandır”

16 Oktyabr 2013, 01:36


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Avropaya səfəri davam edir. Milli Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Cəmil Həsənlinin səfəri çox ugurla keçir.
”O, hazırda Avropa Birliyinin, Avropa Şurasının və digər bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirir. Görüşləri başa vurduqdan sonra oktyabr ayının 18- də vətənə dönməyi planlaşdırır.
Cəmil Həsənlinin özü son günlər kütləvi informasiya vasitələrində YAP icra katibinin müavini Siyavuş Novruzovun onun Azərbaycana qayıtmayacağı ilə bağlı yaydığı fikirlərə münasibət bildirib. Milli Şuranın prezidentliyə namizədi fikirləri böhtan adlandırıb: “Bu tip açıqlamalar başdan-ayağa yalan və böhtandan ibrarədir. Mən seçkilərdə millətimin maraqlarını ifadə etmişəm və bundan iftixar hissi keçirirəm”.
C.Həsənli deyib ki, onun Azərbaycana qayıtmayacağı ilə bağlı YAP funksionerlərinin fikirləri cəfəngiyatdır.
”Mənim nə indi, nə də bundan sonra Azərbaycandan harasa getmək fikrim var və bunu ümumiyyətlə ağlıma da gətirmirəm. Mən hazırda Avropa ölkələrində səfərdəyəm və nəzərdə tutulan səfər başa çatdıqdan sonra oktyabr ayının 18-də Bakıya dönəcəyəm. Biz ölkəmizi Səyavuş Novruzov kimi təsadüfü adamların ümidinə buraxıb heç hara gedə bilmərik. Bu ölkədə hələ görəcəyimiz çox işlər var”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat