Modern.az

Hakan Fidan Azərbaycana GƏLİR

Hakan Fidan Azərbaycana GƏLİR

Dünya

13 Mart 2024, 17:13

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli xəbər verib.

O, cümə günü Türkiyə-Azərbaycan-Gürcüstan Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

Keçeli Cənubi Qafqazda sabitliyin, firavanlığın və sülhün Türkiyə üçün vacib olduğunu vurğulayıb.

Sözçü qeyd edib ki, Hakan Fidan Türkiyənin Ermənistan-Azərbaycan sülh prosesini dəstəklədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat