Modern.az

Qusarda silahlı insident: 1 polis ölüb, 3-ü yaralanıb

Qusarda silahlı insident: 1 polis ölüb, 3-ü yaralanıb

16 Oktyabr 2013, 21:26

Bu gün Qusar rayonunda polis əməkdaşlarına silahlı hücum olub. Qusar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, naməlum şəxs və yaxud şəxslər tərəfindən polis əməkdaşlarına silahlı hücum edib.  

Qusar RPİ-nin əməkdaşı Qaib Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. 3 polis əməkdaşı isə - Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov müxtəlif xəsarətlərlə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilir.  Hadisənin təfərrüatları araşdırılır.

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat