Modern.az

Azərbaycanda dərmanlar ucuzlaşacaq - Komitə sədrindən ANONS

Azərbaycanda dərmanlar ucuzlaşacaq - Komitə sədrindən ANONS

Ölkə

14 Mart 2024, 12:54

“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdən sonra ölkəmizdə dərman istehsalı sənayesinin yaradılmasının şahidi olduq. Artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib, bir neçəsinin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 14-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.

 

Komitə sədri dərman istehsalı müəssisələrinin yaradılmasında təkcə azərbaycanlı sahibkarların iştirak etmədiyini, həmçinin bu işə dünyada tanınmış şirkətlərin də cəlb olunduğunu vurğulayıb.

 

Belə müəssisələrin istifadəyə verilməsi keyfiyyətli dərman istehsalına, xaricdən ölkəyə gətirilən dərmanların sayının azalmasına gətirib çıxaracaq. Eyni zamanda, bu hal yaxın vaxtlarda dərmanların qiymətinin aşağı düşməsinə də səbəb olacaq, deyib komitə sədri.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat