Şabran rayonunda Bakı-Quba yolunun 111-ci kilometrliyində iki "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər həlak olub. Fövqəladə Hallar Nazirliyi ölənlərin adlarını açıqlayıb.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri 1979-cu il təvəllüdlü Nəbi Ağalar oğlu Məmmədov və 1977-ci il təvəllüdlü Rövşən Nuru oğlu Əlməmmədov, sərnişinlər 1985-ci il təvəllüdlü Könül Orucəli qızı Qoçəliyeva, 1975-ci il təvəllüdlü Aytən Aydın qızı Əlməmmədova, 2008-ci il təvəllüdlü Nuray Rövşən qızı Əlməmmədova, 2009-cu il təvəllüdlü Nuru Rövşən oğlu Əlməmmədov, 1975-ci il təvəllüdlü Vüsal Nüsrət oğlu Hüseynov, 1980-cı il təvəllüdlü Afaq Aydın qızı Hüseynova və 2010-cu il təvəllüdlü Səyyarə Vüsal qızı Hüseynova həlak olub. 1 sərnişin isə yaralanıb.
Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Hazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.