Modern.az

Ərdoğan Moskvaya GƏLİR: Putin regional problemləri müzakirəyə çıxarır

Ərdoğan Moskvaya GƏLİR: Putin regional problemləri müzakirəyə çıxarır

Təhsil

17 Oktyabr 2013, 17:38


Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan  gələn ay Moskvada görüşəcək. Modern.az bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib. O qeyd edib ki, görüş iki ölkə arasında yaradılmış Ali Əməkdaşlıq Şurasının dördüncü iclası zamanı keçiriləcək.

“Hazırda Şuranın dördüncü iclasına hazırlaşırıq. Yüksək səviyyəli iclasın payızın sonunda keçirilməsi razılaşdırılıb”-deyə A.Meşkov vurğulayıb.

 

Nazir müavini bildirib ki, Putinlə Ərdoğanın görüşü zamanı bir sıra iqtisadi layihələr, beynəlxalq və regional vəziyyət müzakirə ediləcək.  

 

X.SƏFƏROĞLU

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat