Modern.az

iPlaza Bakıda yeni Apple Premium Reseller mağazası açdı - FOTOLAR

iPlaza Bakıda yeni Apple Premium Reseller mağazası açdı - FOTOLAR

17 Oktyabr 2013, 18:04

iPlaza, vəd elədiyi kimi, oktyabrın 17-də Bakı şəhərində - Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yeni Apple Premium Reseller mağazasının açılış mərasimini keçirdi. Yeni mağazada Apple-ın innovativ məhsulları müştərilərə daha əlverişli şərtlərlə təklif olunacaq, onlara müxtəlif çeşidli məhsullar haqqında ətraflı məlumat almaq üçün hərtərəfli şərait yaradılacaq. Yeni mağaza öz alıcılarını Mac məhsullarının tam spektrini və iPod rəqəmsal musiqi pleyerlərini, eləcə də aksessuarların böyük assortimentini təklif edəcək.

Artıq yeni mağazanın açılış mərasimində Apple məhsulları üzrə bəzi xüsusi təkliflər və reklam məhsulları təqdim olundu.

“Biz Apple Premium Reseller yeni mağazasının açılmasına çox şadıq”. Bu fikirləri mağazanın açılış mərasimində şırkətin təmsilçisi Anar Zeynalov bildirdi: “İndi müştərilər mağazamıza gələrək Apple məhsullarının tam çeşidini və onların aksessuarlarını ala bilərlər. Biz ev və biznes istifadəçiləri üçün yüksək peronal xidmət təklif edirik. Bura məhsulların quraşdırılması və onlardan istifadənin öyrədilməsi də daxildir”.

Yüksək kvalifikasiyalı mütəxəssislər  mağazanın qonaqlarına Apple məhsullarının bütün innovasiyalarını, o cümlədən, unip korpuslu MacBook-un funksional imkanlarını, ekoloji təhlükəsiz dizaynı, eləcə də 8 saatlıq istifadəyə imkan verən akkumulyator quraşdırılmış 17-düymlük MacBook Pro-nun imkanlarını izah etməyə həmişə hazırdırlar.

Mac-ın bütün yeni kompüterləri ILife '09 əlavəsi ilə birlikdə buraxılır. Bu əlavə fotoqrafiyalarla işləməyə, filmlərin yaradılmasına və musiqinin yrənilməsinə imkan verir.

Mağazanın qonaqları müxtəlif məhsulları test-drav etməklə praktiki təcrübə əldə edə biləcəklər. Bura iPodun yeni məhsulu  - alüminium və şüşədən ibarət olan və 9 fərqli rəngdə təqdim edilən yeni eleqant dizaynlı və ən nazik iPod sayılan dördüncü nəsil iPod nano, eləcə də  musiqi dinləmək, filmlərə baxmaq və oyunlar oynamaq üçün ideal olan ikinci nəsil iPod touch aiddir.

Apple Premium Resellers müştərilərə mütəxəssis məsləhətləri və xidmətlər təklif etməklə yanaşı, mağazada məhsulların nümayişini və onlardan istifadə üzrə təlim də təşkil edir.
Müştərilər bu xidmətlərdən maksimum faydalana bilərlər.

Mağazanın ünvanı: Səbail rayonu, Zərifə Əlyeva küçəsi 3. Əlaqə telefon: (+99 412) 598-16-16. 

 


Abbas Qəmli
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir