Modern.az

Söyün Sadıqov da Rusiyadakı qalmaqaldan danışdı

Söyün Sadıqov da Rusiyadakı qalmaqaldan danışdı

Təhsil

17 Oktyabr 2013, 22:52

/file/articles/
Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı iş adamı Söyün Sadıqov Moskva sakinin qətlində ittiham olunan Orxan Zeynalovun ətrafında yaranmış qalmaqalı şərh edib. 
“Belə isterika yaratmaq lazım deyil. Yaxşı olardı ki, Azərbaycan hökuməti öz vətəndaşlarının qeydinə qalsın” - deyə Sadıqov "Amerikanın səsi"nı bildirib.

S.Sadıqov Rusiyada bəzi radikal qüvvələrin situasiyadan sui-istifadə etməyə çalışdığını vurğulayıb.

"Həmin qüvvələr ajiotaj yaratmaqla göstərməyə çalışırlar ki, Vladimir Putin hökuməti ölkəni idarə edə bilmir və miqrantlar Rusiyanı zəbt etmək üzrədirlər. Bu səbəbdən də Rusiya rəsmiləri ictimaiyyətə göstərməyə çalışırlar ki, hər şey nəzarət altındadır".

Söyün Sadıqov bildirib ki, Rusiya rəsmiləri ümumilikdə azərbaycanlı ticarətçilərin hüquqlarını pozmur və onlara öz doğma yurdlarından fərqli olaraq sərbəst biznes aparmaq üçün şərait yaradıb.
 
Cənab Sadıqovun əsas tənqidi bu məsələni şişirtməkdə ittiham etdiyi Azərbaycan hökumətinə yönəlib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bəyanatlarını şərh edən icma lideri deyib ki, Azərbaycan rəsmiləri bu olaydan siyasi xalq qazanmaq üçün istifadə edirlər.
“Onlar Azərbaycan vətəndaşının yanında hər gün olmalıdırlar.  Fikirləşməlidir ki, orada çoxlu azərbaycanlı yaşayır” - deyə Sadıqov bildirib.
 
O, əlavə edib ki, Azərbaycan varlı, neft və qaz ölkəsi olmasına baxmayaraq, bu ölkənin vətəndaşları işsizlik və yoxsulluq ucbatından Rusiyaya üz tutublar. 
"Əgər bu adamlara öz ölkələrində yaxşı şərait yaradılsaydı, onlar burada gəlib işləməyə məcbur olmazdılar" - deyə Söyün Sadıqov bildirib. O, qeyd edib ki, Azərbaycan hökumətinin Rusiyada yaşayan miqrantlar üçün şəraiti yaxşılaşdırmağa da xeyli imkanları var, lakin rəsmilər bunu etməkdənsə, daha çox gurultulu bəyanatlar verməyi üstün tuturlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat