Modern.az

Vaşinqtonda silahlı hücum - 2 ölü, 5 yaralı

Vaşinqtonda silahlı hücum - 2 ölü, 5 yaralı

17 Mart 2024, 17:29

ABŞ-nin paytaxtı Vaşinqtonda açılmış atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları bildirib.

 

İstirahət mərkəzinin yaxınlığında baş verən insidentlə bağlı məlumat yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 11:00) radələrində daxil olub. Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

 

CNN qeyd edib ki, polis insidentlə bağlı hələlik hər hansı həbs barədə məlumat verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...