Modern.az

Asim Mollazadə: “ABŞ-la münasibətlər tezliklə yenidən inkişaf edəcək”

Asim Mollazadə: “ABŞ-la münasibətlər tezliklə yenidən inkişaf edəcək”

Təhsil

18 Oktyabr 2013, 10:30


“Azərbaycanda keçirilən prezident seçkilərinin nəticəsinə ABŞ-ın rəsmi mövqeyini Amerika-Azərbaycan münasibətlərinin ümumi durumu kimi qiymətləndirməyi düzgün hesab etməzdim”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvi, deputat Asim Mollazadə deyib.

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi və ABŞ-la münasibətlərini daha yaxşı qurmağa başlayanda müəyyən qüvvələr tərəfindən Azərbaycana qarşı 907-ci düzəliş qəbul olunmuşdu. Bəlkə də indi seçkilərə reaksiyasının arxasında da həmin qüvvələrin təsiri var”.

A.Mollazadə hesab edir ki, ABŞ ilk növbədə təhlükəsizlik məsələlərini, iki ölkə arasında əməkdaşlığı, Azərbaycanın bölgədə strateji əhəmiyyətini nəzərə alaraq yaxın müddətdə bu söz söhbətlərə son qoyulacaq.

“İstərdim ki, heç bir emosiyalara varmadan bu məsələləri Azərbaycanın strateji inkişaf nöqteyi-nəzərindən baxılsın. Çox güman ki, yaxın zamanda hər şey unudulacaq və münasibətlərdə müsbət istiqamətdə əməkdaşlıq yenidən davam edəcək”.  

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat