Avropa İttifaqının Tempus proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin nəticələri məlum olub.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan ali məktəblərinin müsabiqəyə təqdim etdikləri 13 layihə uğur qazanıb. Qazanılmış layihələrdən 3-ü Azərbaycan Dillər Universiteti (“Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi” – 1 142 902 avro), Azərbaycan Dövlət İqtisad Universiteti (“Beynəlxalq əlaqələr üzrə universitet idarəetməsinin inkişafı və təkmilləşdirilməsi” – 653 908 avro) və Xəzər Universiteti (“Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” – 725 273 avro) tərəfindən təqdim olunub.