Modern.az

Aİ Şurası Azərbaycanla Ermənistanın münasibətlərini müzakirə edəcək

Aİ Şurası Azərbaycanla Ermənistanın münasibətlərini müzakirə edəcək

18 Mart 2024, 10:50

Avropa İttifaqı Şurası bu gün keçiriləcək iclasında Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək məsələsini müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a adı açıqlanmayan yüksək vəzifəli nümayəndə məlumat verib.

 

Onun sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana dəstəyi və İrəvanla Bakı arasında nizamlanma məsələsi də daxildir.

 

Detallar açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...