Modern.az

Azərbaycanlı milyarder rus müğənniyə çox bahalı hədiyyə verdi

Azərbaycanlı milyarder rus müğənniyə çox bahalı hədiyyə verdi

İqtisadiyyat

18 Oktyabr 2013, 12:05


“AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılov rusiyalı müğənni Nikolay Baskova mənzil hədiyyə edib. Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 37 yaşını qeyd edən Nikolay Baskov Türkiyənin Aralıq dənizi sahillərində yerləşən yeddi ulduzlu “Mardan Palace” otelinin ərazisindəki dəbdəbəli villalardan birinə ömürlük sahib olacaq.

Xatırladaq ki, belə villalarda qalmaq bir gecə üçün 7 min dollara başa gəlir. Ümumiyyətlə, Telman İsmayılov həmişə Nikolay Baskovu himayə edib. Müğənninin sürdüyü dəbdəbəli maşının da Azərbaycan əsilli milyarder tərəfindən bağışlanıldığı deyilir.  

Vüqar İsmayılov     
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır