Modern.az

Prezident Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxıb

Prezident Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxıb

Təhsil

28 Aprel 2010, 20:32

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxış keçirib.
AzərTAc-ın məlumatına görə, dövlət başçısının tapşırığına əsasən Bakı şəhərinə müasir tələblərə cavab verən yeni sərnişin avtobuslarının gətirilməsinə başlanıb.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verərək bildirib ki, Koreyanın “DAEWOO” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Bakı şəhərinə BS 090 seriyalı 1000 avtobusun gətiriləcəyi nəzərdə tutulur ki, onlardan 500-ü artıq gətirilib. 24+1 yerli avtobusların ümumi sərnişin tutumu 75 nəfərdir. Sərnişin avtobuslarının texniki göstəriciləri və eləcə də 325, 137, 309 saylı şəhərdaxili avtobus marşrutlarının sxemi barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verilib.
Yeni gətirilən “MAZ” avtobusları barədə də Prezidentə məlumat verilib. Qeyd olunub ki, bu avtobusların oturacaqlarının sayı 33, ümumi sərnişin tutumu isə 170 nəfərdir.
Azərbaycan Prezidenti sərnişin avtobuslarının salonundakı şəraitlə tanış olub. 
Tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin yol-nəqliyyat sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi