Modern.az

Berti Foqts qalsın, yoxsa getsin? - Futbol mütəxəssisləri cavab verir

Berti Foqts qalsın, yoxsa getsin? - Futbol mütəxəssisləri cavab verir

İqtisadiyyat

18 Oktyabr 2013, 16:27


Artıq Dünya Çempionatı-2014-ün seçmə mərhələsi yekunlaşdı. Əvvəlki illərlə müqayisədə futbol üzrə Azərbaycan millisi alman məşqçi Berti Foqstun rəhbərliyi altında ilk dəfə DÇ seçmə mərhələləri çərçivəsində 9 xal toplayaraq öz qrupunda 4-cü yeri tutub. Bununla yanaşı, komandamız FİFA reytinq cədvəlində 19 pillə irəliləyərək 407 xalla 88-ci yerə yüksəlib. Bu isə o deməkdir ki, Avropa zonasında ən çox irəliləyən 3-cü komanda millimizdir. Bu nəticələr müqavilə müddəti bitməkdə olan Berti Foqstun rəhbərliyi altında qazanılıb. Görəsən, Azərbaycanın futbol mütəxəssisləri Foqtsun bu nəticələrdən sonra milli komandada qalmasını istəyəcəklərmi?

Mahmud Qurbanov: “Foqtsun qalmağı və getməyi bizdən asılı məsələ deyil. Məncə, bu posta yerli mütəxəssis gəlsə, daha yaxşı olar”

Şahin Diniyev: “Foqtsun qalıb-qalmaması fikrinə münasibət bildirməkdən imtina edirəm. Bu məsələ AFFA-ya aiddir”.

Ağasəlim Mircavadov: “Nəticəni və məşqçinin fəaliyyətini analiz etmək lazımdır. Sonra qalıb-qalmayacağını müəyyən etmək olar“.

Vidadi Rzayev: “Son oyunlar göstərir ki, komandada irəliləyiş var. Rusiya ilə pis oynamadıq, Şimali İrlandiyanı məğlub etdik. Lakin uğusuzluqlar da oldu. Hesab edirəm ki, Foqts komandaya uyğunlaşıb. Qalmağı məsləhətdir”.

Abbas Qəmli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir