Modern.az

Vasif Talıbov Türkiyənin dövlət adamları ilə görüşüb

Vasif Talıbov Türkiyənin dövlət adamları ilə görüşüb

Təhsil

28 Aprel 2010, 23:22

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə qardaş ölkəyə səfər edib.
Ali Məclisin sədri və onu müşayiət edən şəxslər səfər çərçivəsində Türkiyənin dövlət və hökumət rəhbərləri ilə bir sıra görüşlər keçiriblər.
Aprelin 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvan MR Ali Məclisinin sədrini qəbul edib. Türkiyə hökumətinin başçısı 2008-ci il iyunun 4-də Naxçıvana etdiyi səfəri məmnunluqla xatırlayıb. Görüşdə Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Vasif Talıbov Türkiyənin dövlət naziri Hayati Yazıçı ilə də görüşüb. Türkiyəli nazir bildirib ki, Naxçıvan ilə sərhəd qapısı türk dünyasının qapısı olacaq. Türkiyə hökuməti regional əməkdaşlığı gücləndirmək üçün 3 dövləti – Türkiyə, Azərbaycan və İranı əhatə edəcək sərhəd qapısının yaradılması üzrə iş aparır.
Böyük Atatürkün “Naxçıvan türk dünyasının qapısıdır” sözlərini xatırladan Vasif Talıbov bildirib ki, Azərbaycanın bu ayrılmaz hissəsinin türk dünyasına birləşdirilməsi istiqamətində ilk addıımı 1992-ci il mayın 28-də Heydər Əliyev və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl Sədərək məntəqəsində “Ümid körpüsü”nün açılışı ilə atıblar. 2009-cu ildə bu sərhəd qapısından istifadə etməklə Türkiyədən Naxçıvana 251 min, əks istiqamətdə də 255 min nəfər keçib.
Həmin gün Naxçıvan MR Ali Məclisinin sədri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

Görüşdən sonra Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, Türkiyə- Azərbaycan əlaqələrinin ən çox inkişaf etdiyi bölgələrdən biri Naxçıvandır.
Aprelin 28-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğla görüşüb.
Səfərin sonunda Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül Vasif Talıbovu qəbul edib. Görüşdə Naxçıvan MR ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi