Modern.az

Roma Papası müharibə aparan tərəflərə ÇAĞIRIŞ ETDİ

Roma Papası müharibə aparan tərəflərə ÇAĞIRIŞ ETDİ

Dünya

21 Mart 2024, 14:08

Roma Papası Fransisk yenidən Ukrayna və İsraildəki münaqişə tərəflərini danışıqlara çağırıb.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, papa bunun üçün dua etdiyini də vurğulayıb:
 

“Heç vaxt unutmayın ki, müharibə həmişə məğlubiyyətdir. Müharibə şəraitində irəli getmək mümkün deyil. Biz danışıqlar aparmaq və müharibəni dayandırmaq üçün hər cür səy göstərməliyik. Bunun üçün dua edirik”, - pontifik bildirib.

Martın 9-da Fransisk elan etmişdi ki, Ukrayna münaqişəsində uduzan tərəf ağ bayraq qaldırmalı və sülh danışıqlarına başlamalıdır.

Papanın ilk danışıqlar və atəşkəs çağırışından sonra Vatikanın səfiri Visvaldas Kulbokas Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Diplomat Kiyevin Fransiskin sözlərindən məyus olması barədə məlumatlandırılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir