Modern.az

Quterreşdən ikili standartlarla bağlı çağırış

Quterreşdən ikili standartlarla bağlı çağırış

21 Mart 2024, 21:42

Beynəlxalq ictimaiyyət Ukrayna və Qəzza zolağındakı münaqişələrdə BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun olan prinsiplərə əməl etməli, ikili standartlardan çəkinməlidir.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Aİ-nin Brüsseldə keçirilən sammitinə gələrkən deyib.

 

"HƏMAS-ın 7 oktyabr (2023-cü il – red.) terror aktını pislədiyimiz kimi, indi gördüklərimizi də pisləyirik: Qəzzada misli görünməmiş sayda qurbanlar var. Biz həm Ukraynada, həm də Qəzzada ikili standartlar olmadan prinsiplərə əməl etməliyik", - deyə o əlavə edib.

 

Quterreş, həmçinin qlobal çağırışlar üzrə BMT ilə sıx əməkdaşlığa görə Aİ-yə təşəkkür edib.

 

Aİ-nin dövlət və hökumət başçılarının iki günlük görüşünün əsas mövzusu Ukrayna və Yaxın Şərqdəki münaqişələr olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat