Modern.az

İsraildən Türkiyəyə “soyqırım” şantajı

İsraildən Türkiyəyə “soyqırım” şantajı

Təhsil

29 Aprel 2010, 09:42

İsrail parlamenti (Knesset) qondarma erməni iddiaları ilə bağlı məsələni müzakirə etməyə hazırlaşır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, İsrail parlamentində təmsil olunan bəzi partiyaların təmsilçiləri Knessetdə qondarma erməni “soyqırımı” iddiaları ilə bağlı  müzakirələr keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Təklifi “Merets” partiyasının başçısı Haim Oron səsləndirib.  Knessetdə müzakirələr keçirilməsi barədə təklif 8 səsə qarşı 12 səslə qəbul edilib. Knessetin bir üzvü sözügedən məsələdə bitərəf  mövqedə qalıb. 

 

Haim Oron Knessetdə qondarma erməni iddiaları ilə bağlı müzakirələrin keçirilməsi vacibliyini  belə izah edib:”Biz, soyqırıma məruz qalmış bir xalq olaraq başqaların “acılarına” da açıq olmalıyıq, həssaslıq göstərməliyik”. Knessetin qondarma erməni iddilarını qəbul etməsini zəruri hesab edən  Oron “ədalət yerinə gəlməlidir”deyib.

 

“Merets” partiyasının daha bir üzvü Nitsan Horovits müzakirələrin açılmasına dəstək verərək, məsələnin Türkiyə-İsrail əlaqələri ilə hes bir bağlantısı olmadığını, Türkiyə və türk xalqına yönəlik olmadığın deyib.

 

Oronun təşəbbüsünü “Hadas” partiyası da dəstəkləyib. Bu partiyanı təmsil edən Dov Henin  qondarma məsələnin Knessetdə müzakirəsini dəstəkləyib. O, diplomatik etiketlərə rəğmən məsələnin  “etik” ölçülərinin düşünülmsi vacibliyini də bildirib. Henin məsələnin təhsil komissiyasına təqdim olunmasını təklif edib.

 

“Habayit Hayehudit” (Yəhudi evi)  partiyasından olan Uri Orbah qeyd edib ki, Knesset bu məsələyə dair mövqeyini bildirməlidir. “Yəhudi xalqı başqalarının başına gələnlərdən də dərs almalıdır”,-deyə o bildirib.

  

“Sənəd Knessetin gündəmindən düşməlidir”

 

Knessetdə təmsil olunan digər partiyaların təmsilçiləri erməni havasına oynayan israilli deputatların səylərini tənqid ediblər. “İsrail evimiz” (Yisrael Beiteniu)  partiyasının üzvü Robert İlatov məsələnin müzakirə yerinin Knesset olmadığını deyib. “Biz bu problemə müdaxilə edə bilmərik. Biz beynəlxalq mühakimə komitəsi deyilik”deyən İlatov bu məsələnin Türkiyə və Ermənistan arasında həll edilməsi vacibliyini bildirib. İlatov qətiyyətlə məsələnin  Knessetin gündəmindən çıxarılmasını tələb edib. 

Debatlarda İsrail hökumət rəsmisi olaraq  ətraf mühit naziri Gilad Erdan da çıxış edib. “İsrail, keçmişdə nə olduğuna dair bir hökm verməsi gərəkliyini düşünmür”,-deyə hökumət rəsmisi deyib. Türkiyə və Ermənistan arasında açıq dialoqun davam etdirilməsinə ümid etdiklərini deyən Erdan məsələnin parlamentin xarici əlaqələr və müdafiə komitəsinə göndərilməsini təklif edib.

Knessetin spikeri Reuven Rivlin (Likud partiyası) parlamentdəki müzakirələrin  Türkiyə əleyhinə yönəlik bir provokasiya olmadığını deyib.  Bununla belə, spiker Knessetin bu məsələnin müzakirəsindən imtina etməsinin doğru olmadığını da əlavə edib.

Çıxışlardan sonra məsələ Knessetin Məclis Komitəsinə təqdim olunub. Komitə qondarma erməni “soyqırımı” ilə bağlı məsələnin  hökumətin istədiyi kimi, xarici əlaqələr və müdafiə komissiyasına,  yaxud təhsil komissiyasına təhvil verilməsinə dair qərar verməlidir.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi