Modern.az

Moskvadakı terrorda ölü sayı 60-dan çoxdur - YENİLƏNİB

Moskvadakı terrorda ölü sayı 60-dan çoxdur - YENİLƏNİB

Dünya

23 Mart 2024, 04:26

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir.

***

22:21

Moskvada konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlarn sayı 130 nəfərə çatıb. 

 

Terror aktı nəticəsində 40 nəfərin öldüyü bildirilir.

 

***

Rusiyanın paytaxtının yerləşdiyi Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

 

Atışma nəticəsində 100-dən çox yaralanan var. Yerli mətbuat hadisələri terror aktı adlandırıb.

 

***

21:34

Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında atışma olub.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Məlumata görə, zalda atışma səsi eşidilib, bundan sonra insanlar oranı tərk etməyə başlayıblar.

 

"RİA Novosti" bildirib ki, kamuflyaj geyinmiş üç naməlum şəxs insanlara atəş açıb.

 

"Baza" teleqram kanalının yaydığı məlumata əsasən, hadisə zamanı 12 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

 

Qeyd edək ki, "Crocus City Hall" azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?