Modern.az

Hakan Fidan Lavrova zəng etdi

Hakan Fidan Lavrova zəng etdi

Dünya

23 Mart 2024, 00:35

Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

Bildirilib ki, Türkiyənin XİN başçısı rusiyalı diplomata başsağlığı verərək terror hücumunu pisləyib.

 

Xatırladaq ki, Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?