Modern.az

Qırmızı Meydana giriş bağlandı

Qırmızı Meydana giriş bağlandı

Dünya

23 Mart 2024, 08:54

Moskva yaxınlığında, Krasnoqorskda “Crocus City Hall”da 60-dan çox insanın həlak olduğu terror aktından sonra hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Qızıl Meydanı tamamilə əhatəyə alıb.

 

Modern.az xəbər verir ki, meydana bütün girişlər bağlanıb, polis əməkdaşları və çevik qüvvələr növbə çəkir.

 

Qeyd edək ki, martın 22-də törədilən terror aktı zamanı 60-dan çox insan ölüb, qurbanların sayının artacağı istisna edilmir. Eyni zamanda, 115 zərərçəkən xəstəxanaya yerləşdirilib, 30-dan çox insan isə ambulator yardıma müraciət edib. Moskvada yaxın iki gün ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?