Modern.az

Ukrayna PUA-larla Rusiya ərazisinə kütləvi hücum edib - 1 ölü, 5 yaralı

Ukrayna PUA-larla Rusiya ərazisinə kütləvi hücum edib - 1 ölü, 5 yaralı

Dünya

23 Mart 2024, 10:00

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiya ərazisinə kütləvi hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın Bryansk, Belqorod, Voronej və Saratov vilayətlərinə hücum olub.

 

Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Həmçinin fərdi yaşayış binalarına ziyan dəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?