Modern.az

“Crocus City Hall”dakı terrora görə 11 nəfər SAXLANILIB

“Crocus City Hall”dakı terrora görə 11 nəfər SAXLANILIB

Dünya

23 Mart 2024, 12:36

“Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı ilə əlaqədar 11 nəfər, o cümlədən 4 terrorçu saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhqiqat Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə məruzə edib.

 

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 93 nəfər ölüb, 100-dən çox yaralanan var.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?